Ötən gün 70 cinayətin üstü açılıb

Yanvarın 23-də ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
- Crossmedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
- Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 90, o cümlədən borclu şəxs qismində axtarışda olan 60 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Narkotiklərlə əlaqəli 39, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 17 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanılıb.
10:12 24.01.2025
Oxunuş sayı: 3622