Premyer Liqa: XX tura bir oyunla start veriləcək

- Misli Premyer Liqasının XX turuna bu gün bir oyunla start veriləcək.
- Crossmedia.az xəbər verir ki, "Zirə" səfərdə "Şamaxı"nın qonağı olacaq.
- Şamaxı şəhər stadionunda baş tutacaq görüşün start fiti saat 14:00-da səsləndiriləcək. Matçı İnqilab Məmmədov idarə edəcək.
- Hazırda Bakı klubu turnir cədvəlində 33 xalla üçüncü pillədə qərarlaşıb. Səkkizinci yerdə olan "Şamaxı" isə 17 xala malikdir.
- Misli Premyer Liqası
- III dövrə, XX tur
- 24 yanvar
- 14:00. “Şamaxı” – “Zirə”
- Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov.
- VAR: Rauf Allahverdiyev.
- AVAR: Vüsal Məmmədov.
- Hakim-inspektor: Munis Abdullayev.
- Şamaxı şəhər stadionu
- Qeyd edək ki, turun digər oyunları yanvarın 25-də və 26-da keçiriləcək.
09:44 24.01.2025
Oxunuş sayı: 4548