Sürücülərin nəzərinə: bu yollarda tıxac var

- Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb.
- Crossmedia.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
- Hazırda:
- 1. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;
- 2. "20 Yanvar" dairəsində;
- 3. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
- 4. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
- 5. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
- 6. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;
- 7. Koroğlu Rəhimov küçəsi, ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
- 8. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
- 9. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.
08:14 24.01.2025
Oxunuş sayı: 3119