Azərbaycan atıcıları beynəlxalq turnirdə iştirak edəcəklər

Azərbaycanın güllə atıcıları Almaniyanın Münxen şəhərində keçiriləcək ənənəvi “2025 H&N Kuboku”nda iştirak edəcəklər.
Crossmedia.az Azərbaycan Atıcılıq Federasiyasına istinadən xəbər verir ki, ölkəmiz turnirdə 7 idmançı ilə təmsil olunacaq. Yığmanın heyətində Ruslan Lunev, Ramiz Xəlilov, Nigar Nəsirova, Leyli Əliyeva, Vladislav Kalmıkov, Jalə Bayramova və Hacı Musayev mübarizə aparacaqlar. Onlar pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışlarında qüvvələrini sınayacaqlar.
Turnir yanvarın 21-26-da təşkil olunacaq.
16:32 21.01.2025
Oxunuş sayı: 4943