KİV: Ukrayna Trampı maraqlandırmır

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp çətin ki, Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləsin.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ-ın "Bloomberg" nəşri məlumat yayıb.
Bildirilib ki, Trampın hakimiyyəti dövründə Kiyevin NATO-ya üzv olma ehtimalı aşağıdır: “Lakin Avropa ölkələri müzakirələrdə bu mövzunu gündəmdə saxlamaq istəyirlər. Avropa ölkələri Tramp komandasının üzvləri ilə bir sıra özəl danışıqlar aparıb. Bu danışıqlar zamanı Ukraynaya veriləcək dəstəyin vacibliyi diqqətə çatdırılıb”.
Nəşrin mənbələri onu da bildiriblər ki, Tramp Ukraynanın taleyi ilə o qədər də maraqlanmır və münaqişənin ABŞ maraqları üçün strateji əhəmiyyətini dərk etmir. Lakin Kiyevi Moskva ilə vaxtından əvvəl danışıqlara məcbur etməyəcəyini də bildiriblər.
Tərlan Əmrahova
09:19 14.01.2025
Oxunuş sayı: 6540