Ermənistan parlamentinin deputatı yol qəzasında ölüb

Ermənistan parlamentinin "Hayastan" fraksiyasından olan deputatı Mher Saakyan yol-nəqliyyat hadisəsində həlak olub.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistan DİN mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, deputat bazar günündən axtarışda idi.
Qeyd edək ki, 37 yaşlı M.Saakyanın meyiti bu gün Ararat vilayətinin Tiqranaşen kəndi yaxınlığında avtomobilin içində aşkarlanıb.
İlkin məlumata görə, onun idarə etdiyi “Honda Accord” markalı avtomobili yoldan çıxaraq xəndəyə aşıb.
Nəzrin Salmanova
16:31 13.01.2025
Oxunuş sayı: 42265