Putin Trampla görüşmək istəyir

ABŞ-ın seçilmiş prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Tramp Florida ştatındakı rezidensiyasında jurnalistlərlə söhbətində bildirib. “Putin mənimlə görüşmək istəyir və biz bunun üzərində işləyirik”, – deyə Tramp qeyd edib.
Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgiy Tixi bu xəbərə münasibət bildirib. Onun sözlərinə görə, Trampın Putinlə görüşmək planları yeni deyil: “Donald Tramp daha əvvəl də belə bir görüş barədə danışıb, ona görə də burada yeni heç nə yoxdur”.
Tixi əlavə edib ki, Putin və Tramp arasındakı təmaslar Ukrayna münaqişəsinin həlli baxımından Trampın Ukrayna prezidenti Vladimir Zelenski ilə təmaslarından daha az əhəmiyyətlidir.
Məlumata görə, Trampın və Putinin görüşü üçün hazırlıqlar davam edir.
Fidan Hacızadə
14:16 10.01.2025
Oxunuş sayı: 8418