Fransa Trampa xəbərdarlıq edib

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Avropa İttifaqının (Aİ) üzvü Danimarkanın muxtar ərazisi olan Qrenlandiyaya nəzarəti ələ keçirmək üçün hərbi əməliyyatları rədd edib.
Crossmedia.az xəbər verir ki, bunun ardından Fransa Trampa Aİ-nin "suveren sərhədlərini" təhdit altına salması ilə bağlı xəbərdarlıq edib.
Fransanın xarici işlər naziri Jan-Noel Barrot bu barədə "France Inter" radiosuna danışarkən deyib: “Aİ-nin dünyanın digər millətlərinə - kim olursa olsun, öz suveren sərhədlərinə hücum etməyə icazə verməsindən söhbət gedə bilməz".
O, ABŞ-nin Qrenlandiyanı işğal edəcəyinə inanmadığını bildirib.
Tərlan Əmrahova
10:26 08.01.2025
Oxunuş sayı: 7912