"İri Şəhərlərin Su Təchizatı"nın yeni icraçı direktoru kollektivə təqdim edilib
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində fəaliyyət göstərən "İri Şəhərlərin Su Təchizatı" QSC-nin icraçı direktoru Arif Mərdanov kollektivə təqdim edilib.
Bu barədə Crossmedia.az-a ADSEA-dan məlumat verilib.
Bildirilib ki, təqdimat dövlət şirkətinin Müşahidə Şurasının sədri Xəyyam Məmmədov, üzvü Etibar Məmmədovun iştirakı ilə keçirilib.
Məlumata əsasən, təqdimatdan sonra səhmdar cəmiyyətin qarşısında duran prioritet məsələlər, növbəti dövrlər üçün müəyyən edilmiş hədəflər, su təchizatı, tullantı və yağış sularının səmərəli şəkildə idarə olunması sahəsində xidmətlərin təkmilləşdirilməsi məsələləri müzakirə edilib. Həmçinin qarşıya qoyulan vəzifələrin icrası, fəaliyyətin effektivliyinin artırılması və əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi mövzuları ətrafında fikir mübadiləsi aparılıb.
16:23 23.10.2026
Oxunuş sayı: 54