Dörd ölkə arasında müdafiə sazişi imzalanacaq
Türkiyə, Qətər, Pakistan və İndoneziya arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsinə dair anlaşma memorandumunun imzalanması gözlənilir.
Crossmedia.az xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsi bu barədə məlumat yayıb.
Sənədin oktyabrın 21-də Qətərin paytaxtı Dohada imzalanması nəzərdə tutulur.
Memorandum müdafiə texnologiyaları sahəsində əməkdaşlığı, bilik və texnologiya transferini, birgə istehsalı, təlim və elmi-tədqiqat fəaliyyətini əhatə edəcək.
Razılaşmanın əsas məqsədi dörd ölkənin müdafiə sənayesi imkanlarını gücləndirmək, təchizat zəncirləri arasında əlaqələri inkişaf etdirmək və mövcud tərəfdaşlığı genişləndirməkdir.
Mərasimdə Türkiyənin milli müdafiə naziri Yaşar Gülərin iştirakı gözlənilir.
12:21 21.10.2026
Oxunuş sayı: 45