Kuşner Zelenskiyə hücumları dayandırmaq çağırışı edib
ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner Ukrayna Prezidenti Volodimir Zelenskidən Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmağı tələb edib.
Crossmedia.az xəbər verir ki, “Axios” nəşri bu barədə məlumat yayıb.
Məlumata görə, Kuşner oktyabrın 20-də Norveçin paytaxtı Osloda keçirilən danışıqlara videokonfrans vasitəsilə qoşularaq ABŞ administrasiyasının tələbini bir daha səsləndirib.
Zelenski isə Rusiyanın neft emalı zavodlarına zərbələrin yalnız Moskvanın Ukraynanın enerji infrastrukturuna hücumları dayandıracağı təqdirdə mümkün olduğunu bildirib.
Nəşr qeyd edir ki, Donald Tramp Ukraynanın Rusiya neft emalı müəssisələrinə hücumlarının ABŞ-də yanacaq qiymətlərinin artmasına təsir göstərməsindən narahatdır.
Bundan əvvəl də Vaşinqton Kiyevdən bu hücumları dayandırmağı tələb edib. Lakin Ukrayna tərəfi enerji obyektlərinə qarşı zərbələrin qarşılıqlı şəkildə dayandırılmasında israr edir
12:03 21.10.2026
Oxunuş sayı: 50