“Odlar Yurdu”nun boksçularından Almaniyada növbəti uğur
Almaniyanın Maqdeburq şəhərində fəaliyyət göstərən “Odlar Yurdu” Boks İdman klubunun üzvləri Saksoniya-Anhalt əyalətində keçirilən həvəskar boks turnirində iştirak ediblər.
Crossmedia.az xəbər verir ki, “Aşersleben” Boks Klubunun təşkil etdiyi turnirdə klubun üç idmançısı - Angelo Halili (50 kq), Dmitro Turkulets (60 kq) və Oliver Rzeszutek (70 kq) mübarizə aparıb. Gərgin qarşılaşmalarda Dmitro Turkulets və Oliver Rzeszutek rəqibləri üzərində inamlı qələbə qazanıblar.
“Odlar Yurdu”nun boksçuları qazandıqları qələbələri 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr etdiklərini bildiriblər. Qeyd olunub ki, klubun üzvlərinin müxtəlif turnirlərdə uğurla çıxışı Vətənə sevgilərinin və Azərbaycanı layiqincə təmsil etmək əzmlərinin nəticəsidir. Onların nailiyyətləri Azərbaycan idmanının beynəlxalq arenada tanıdılmasına və ölkəmizin idman nüfuzunun yüksəlməsinə töhfə verir.
12:40 20.10.2026
Oxunuş sayı: 45