Rusiya səmasında bir gecədə 136 Ukrayna dronu vurulub
Rusiya səmasında ötən gecə ölkənin müxtəlif bölgələri üzərində Ukraynaya məxsus 136 pilotsuz uçuş aparatı zərərsizləşdirilib.
Crossmedia.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu barədə “Telegram” kanalında məlumat yayıb.
Məlumata görə, təyyarə tipli pilotsuz uçuş aparatları Belqorod, Lipetsk, Bryansk, Kaluqa, Voronej, Kursk, Ryazan, Oryol, Pskov, Tambov, Smolensk, Tver və Tula vilayətləri, eləcə də Moskva regionu üzərində vurulub.
09:37 20.10.2026
Oxunuş sayı: 48