Şimali Koreyadan yeni silah həmləsi: Süni intellektli sınaqdan keçirildi
Şimali Koreya süni intellekt (AI) texnologiyasından istifadə etməklə “Çam-2.0” adlı yüksək sürətli və dəqiq idarə olunan torpedanın sınağını həyata keçirdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Agentliyin məlumatına görə, sınaq zamanı süni intellekt texnologiyasından istifadə olunub.
Bildirilib ki, yeni torpedanın hərəkət texnologiyası 180-dən çox sınaq nəticəsində təkmilləşdirilib.
Şimali Koreya tərəfi son sınağın torpedanın hərəkət texnologiyasının effektivliyini və mühərrik sisteminin gücünü təsdiqlədiyini iddia edib.
Torpedanın texniki xüsusiyyətləri, maksimal sürəti və sınağın keçirildiyi ərazi barədə əlavə məlumat açıqlanmayıb.
13:41 17.10.2026
Oxunuş sayı: 60