Yapon dənizində raket sınaqları: Şimali Koreyadan yeni addım
Şimali Koreya oktyabrın 14-də Yapon dənizində sualtı qayıqdan iki növ strateji qanadlı raketi sınaqdan keçirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.
KXDR hakimiyyətinin bildirdiyinə görə, sınaqlar ölkənin hərbi qüvvələrinin etibarlılığını və müharibənin qarşısını almaq imkanlarını nümayiş etdirmək məqsədi daşıyıb.
Qeyd edək ki, sentyabrın 20-də Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi buraxıb. Bundan bir neçə saat əvvəl isə ölkə Vonsan ərazisindən qısamənzilli ballistik raket atıb. “Yonhap” agentliyinin məlumatına görə, raket təxminən 450 kilometr məsafə qət edib. İkinci buraxılışın təfərrüatları açıqlanmayıb.
Cənubi Koreyanın Müdafiə Nazirliyi KXDR-in müxtəlif hərəkətlərini diqqətlə izlədiyini, həmçinin Seul və Vaşinqtonun birgə müdafiə strategiyası çərçivəsində mümkün təxribatlara qəti cavab verməyə hazır olduğunu bildirib.
Bundan əvvəl Cənubi Koreya hərbçilərinin partlayış nəticəsində xəsarət alması ilə əlaqədar Şimali Koreyanın sərhəd ərazisində mina yerləşdirdiyindən şübhələnmişdi.
10:41 15.10.2026
Oxunuş sayı: 57