ADY-dən sərnişinlərə şad xəbər: Əlavə qatar reysləri təyin olundu
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq məqsədilə oktyabrın 17 və 18-də Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil edəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, qeyd olunan istiqamətdə sərnişinlərin rahat gediş-gəlişini təmin etmək üçün əlavə reyslərlə yanaşı, Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafik əsasında gündəlik qatar səfərləri də davam etdirilir.
Sərnişinlər biletləri ADY-nin rəsmi internet saytı, “ADY Mobile” mobil tətbiqi və dəmir yolu kassalarından əldə edə bilərlər.
14:29 14.10.2026
Oxunuş sayı: 66