Birlik, nizam-intizam və sağlam gələcək!
Şəmkirdə məktəblilərin səhər idmanı zamanı nümayiş etdirdikləri nizam-intizam və fəallıq diqqət çəkib.
Crossmedia.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə vahid məktəbli formasında olan şagirdlərin günə kollektiv şəkildə səhər idmanı ilə başladıqları əks olunub.
Şagirdlərin yüksək əhval-ruhiyyə ilə idman hərəkətlərini yerinə yetirməsi, onların mütəşəkkilliyi və fəallığı maraq doğurub.
Belə fəaliyyətlər məktəblilər arasında sağlam həyat tərzinin təşviqi, fiziki fəallığın artırılması, kollektivlik ruhunun və nizam-intizamın formalaşdırılması baxımından əhəmiyyət daşıyır.
Görüntülər məktəb mühitində idmana və sağlam həyat tərzinə diqqətin artırılmasının vacibliyini bir daha ön plana çıxarır.
15:45 13.10.2026
Oxunuş sayı: 205