Azərbaycanın minifutbol üzrə U-23 komandası dünya çempionatına heç-heçə ilə başlayıb
Azərbaycanın minifutbol üzrə U-23 komandası dünya çempionatında ilk matçına çıxıb.
Crossmedia.az-ın məlumatına görə, yığma Rumıniya ilə qarşılaşıb.
Görüş 3:3 hesabı ilə başa çatıb. Azərbaycan millisinin heyətində Xəzər Ağalızadə (3), Nihad Ağayev (35) və Fərid Abbasov (39) fərqləniblər.
Qeyd edək ki, bu gün startı verilən yarış oktyabrın 16-na qədər Xorvatiyada təşkil olunacaq.
14:56 13.10.2026
Oxunuş sayı: 59