Zelenski: Rusiya iki gün ərzində Ukraynanın 19 regionuna hücum edib
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın iki gün ərzində ölkənin 19 regionuna hücum etdiyini, Xarkovda yaşayış binasına endirilən zərbə nəticəsində dörd nəfərin öldüyünü və 41 nəfərin yaralandığını bildirib.
Crossmedia.az xəbər verir ki, Zelenskinin sözlərinə görə, Rusiya axşam saatlarından başlayaraq Ukraynaya reaktiv və zərbə dronları, eləcə də ballistik raketlər daxil olmaqla, 100-dən çox hücum vasitəsi ilə zərbələr endirib.
Ukrayna prezidenti Kiyevə beş ballistik raketin atıldığını və mülki infrastruktura ziyan dəydiyini qeyd edib. Onun iddiasına görə, tərəfdaş ölkələr Ukraynanı bu hücum barədə əvvəlcədən xəbərdar etməyiblər.
Zelenski bildirib ki, ABŞ prezidentinin enerji atəşkəsi elan etməsindən sonrakı iki gün ərzində Ukrayna Rusiyanın neft emalı zavodlarına və enerji obyektlərinə zərbələr endirməyib. Buna baxmayaraq, onun sözlərinə görə, Rusiya Ukraynanın enerji və kritik infrastrukturuna hücumları davam etdirib.
Ukrayna lideri Moskva üzərində təzyiqin artırılmasına çağırıb və Kiyevin gərginliyin azaldılması istiqamətində qarşılıqlı addımlar atmağa hazır olduğunu vurğulayıb.
14:22 13.10.2026
Oxunuş sayı: 49