Rusiyanın qaz kəmərində güclü partlayış baş verib
Rusiyanın Penza vilayətində Mərkəzi Asiya regionlarını Rusiya və Avropa ilə birləşdirən yeraltı qaz kəmərində partlayış baş verib.
Crossmedia.az xəbər verir ki, ilkin məlumata görə, partlayışdan sonra alov sütunu təxminən 70 metr hündürlüyə qalxıb.
Hadisənin səbəbləri, xəsarət alanların olub-olmaması və qaz kəmərinə dəymiş ziyanın miqyası dəqiqləşdirilir.
14:20 13.10.2026
Oxunuş sayı: 49