Güclü dolu Zimbabvedə böyük dağıntılara səbəb oldu
Zimbabvenin Masvinqo əyalətində güclü dolu yağışı nəticəsində böyük dağıntılar baş verib və ölkə prezidenti Emmerson Mnangagwa bölgədə fəlakət vəziyyəti elan edib.
Crossmedia.az xəbər verir ki, Zimbabvenin Yerli İdarəetmə və İctimai İşlər naziri Daniel Garve bu barədə açıqlama verib.
Nazirin sözlərinə görə, oktyabrın 5-də Masvinqo əyalətində baş verən güclü dolu yağışı nəticəsində ilkin hesablamalara görə, təxminən 8 500 evin damı tamamilə uçub. Yoxlanılan 17 min evin isə təxminən 90 faizinin pəncərələri sınıb.
Garve bildirib ki, fırtına yaşayış evləri ilə yanaşı, təhsil və səhiyyə müəssisələrinə, dövlət binalarına və iş yerlərinə də ciddi ziyan vurub. Elektrik xətlərinin sıradan çıxması su təchizatı və kanalizasiya sistemlərində də problemlərə səbəb olub.
07:30 09.10.2026
Oxunuş sayı: 47