Toral Bayramovun yeni transfer qiyməti açıqlandı
Azərbaycan millisinin futbolçusu Toral Bayramov Türkiyə 1-ci Liqasında ən dəyərli futbolçular sırasında yer alıb.
Crossmedia.az xəbər verir ki, 25 yaşlı sol cinah müdafiəçisi liqanın ən bahalı 4-cü futbolçusudur. Son yenilənmədə 200 min avro dəyər itirən Bayramovun hazırkı transfer qiyməti 1,8 milyon avro təşkil edir.
Toral Bayramovu yalnız üç futbolçu qabaqlayır. Onların hər üçü “Bursaspor”da çıxış edir. Siyahıya 2,8 milyon avro dəyərində olan Keleçi İhenaço başçılıq edir. Ondan sonra 2,7 milyon avro ilə Linkoln, 2,2 milyon avro ilə isə Juergen Elitim qərarlaşıb. Hər üç futbolçunun da transfer dəyərində azalma qeydə alınıb.
“Bursaspor” həmçinin Türkiyə 1-ci Liqasının ən dəyərli komandasıdır. Bursa təmsilçisinin futbolçularının ümumi transfer dəyəri 19 milyon avro təşkil edir.
13:58 08.10.2026
Oxunuş sayı: 55