Livan: "İran səfirliyi iki diplomatik çamadanla bağlı vəziyyətə aydınlıq gətirib”

İranın Beyrutdakı səfirliyi “Mahan Air” reysinin göyərtəsindəki iki “diplomatik çamadanın” içindəkiləri izah edib, bundan sonra iki kiçik çamadanın Beyrut hava limanını tərk etməsinə icazə verilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Livanın Xarici İşlər Nazirliyi məlumat verib.
Məlumata görə, İran səfirliyi nazirliyə yazılı nota göndərib ki, iki çamadanda “sənədlər və inzibati xərclərin ödənilməsi üçün əskinaslar var, yalnız səfirliyin ehtiyacları üçün nəzərdə tutulub”.
Bu məktubu aldıqdan sonra iki çamadana “Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyası əsasında” hava limanını tərk etməyə icazə verilib. Bəzi ərəb KİV-ləri Qərb mənbələrinə istinadən yazıblar ki, həmin gün Beyruta bir təyyarə gəlməli idi, ehtimal ki, Hizbullah üçün İranın yeni maliyyə yardımı da var idi.
07:23 04.01.2025
Oxunuş sayı: 7262