Ukrayna ordusu Belqorodu atəşə tutub

Ukrayna ordusu sutka ərzində Belqorod vilayətinin ərazisinə 20-dən çox mərmi atıb.
Crossmedia.az xəbər verir ki, bu haqda Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov məlumat verib.
Onun sözlərinə görə, sutka ərzində vilayətin 6 rayonunun 13 yaşayış məntəqəsi Ukrayna tərəfindən atəşə tutulub:
“21 mərmi atılıb və 11 dron hücumu baş verib. Təkcə Şebekinoda 15 şəxsi ev, 4 bina, 5 avtomobil, 3 qaraj və elektrik xətti zədələnib”.
Nəzrin Salmanova
12:40 01.01.2025
Oxunuş sayı: 23086