İran hökuməti həbs edilən italiyalı jurnalistlə bağlı ilk açıqlamanı verdi

Dünən İran hökuməti jurnalist vizası ilə Tehrana səfər edən italiyalı müxbir Sesiliya Salanın 12 gün əvvəldən həbs olunduğunu təsdiqləyib.
Crossmedia.az xarici mənbəyə istinadən xəbər verir ki, İran Mədəniyyət və İslami İrşad Nazirliyi verdiyi açıqlamada həbsin səbəbi kimi “İslam Respublikasının qanunlarının pozulması”nı bildirsə də, bununla bağlı açıqlama verməyib.
Nazirlik açıqlamasında Sesiliya Salanın işi ilə bağlı “araşdırma mərhələsində” olduğunu və “məhkəmə sistemi bunu məqsədəuyğun hesab edərsə, daha sonra ətraflı məlumat veriləcəyini” qeyd edib. (Radio Farda)
11:41 31.12.2024
Oxunuş sayı: 8812