Slovakiya Aİ-nin Rusiya planını pozub
Slovakiya hökuməti Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı fərdi sanksiyaların müddətini 12 ay uzatmaq təklifini dəstəkləməyib.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝Politico˝ məlumat yayıb.
Hazırkı sanksiya paketi sentyabrın 15-də başa çatır. Onun uzadılması və ya müddətinin dəyişdirilməsi üçün Aİ-nin bütün 27 üzv ölkəsinin yekdil razılığı tələb olunur.
18:35 04.09.2026
Oxunuş sayı: 40