Moskva Donetskdə yeni irəliləyişini açıqladı
Rusiya Silahlı Qüvvələri Donetskdə yerləşən Qruzsko yaşayış məntəqəsinə nəzarəti ələ keçirib.
Crossmedia.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti bu barədə məlumat yayıb.
Nazirliyin məlumatına görə, əməliyyat “Mərkəz” qoşun qruplaşmasının bölmələri tərəfindən həyata keçirilib.
Bildirilib ki, son bir həftə ərzində qruplaşmanın bölmələrinin fəal hücum əməliyyatları nəticəsində Rubijnoye və Novoandreyevka, son sutka ərzində isə Qruzsko yaşayış məntəqələri nəzarətə götürülüb.
13:29 04.09.2026
Oxunuş sayı: 42