Azərbaycanla Braziliya arasında aviasiya sahəsində əməkdaşlığın inkişafı müzakirə edilib
Azərbaycan və Braziliya arasında aviasiya əlaqələrinin inkişafı imkanları müzakirə edilib.
Crossmedia.az bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) İdarə Heyətinin sədri Samir Rzayev sosial media hesabında paylaşım edib.
"Dünən növbəti işgüzar görüşüm Braziliya Federativ Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bernard Jorj Leopold de Qarsia Klinql ilə oldu.
Görüş zamanı Azərbaycan Hava Yollarının donanmasının yenilənməsi, marşrut şəbəkəsinin genişləndirilməsi, eləcə də aviasiya sahəsində Azərbaycan-Braziliya əməkdaşlığının inkişafı üzrə müzakirələr apardıq.
Braziliyanın aviasiya sənayesində mühüm yer tutan "Embraer" şirkətinin istehsalı olan hava gəmiləri barədə də fikir mübadiləmiz oldu. Hazırda donanmamızda regional və orta məsafəli marşrutlarda istismar olunan 7 "Embraer" təyyarəsinin olması bu sahədə iki ölkə arasında artıq formalaşmış praktiki əlaqələrin göstəricisidir.
Cənab səfirə Azərbaycandakı diplomatik fəaliyyətində uğurlar və qarşıdakı fəaliyyətində yeni nailiyyətlər arzulayıram", - paylaşımda qeyd edilib.
12:41 04.09.2026
Oxunuş sayı: 46