Bakıda keçiriləcək üzgüçülük üzrə Dünya Kubokuna hazırlıq məsələləri müzakirə olunub
Bakıda keçiriləcək üzgüçülük üzrə Dünya Kubokuna hazırlıq prosesi ilə bağlı Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) prezidenti Zaur Əliyevin sədrliyi ilə yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib.
Bu barədə Crossmedia.az'a ASF-nin mətbuat xidmətindən məlumat verilib..
Tədbirdə təşkilati və texniki məsələlər, yarışın proqramı, akkreditasiya, nəqliyyat, qidalanma, eləcə də açılış və mükafatlandırma mərasimləri müzakirə olunub. Dünya Kubokunun startına bir aydan az müddət qalması nəzərə alınaraq, qarşıda duran əsas vəzifələr və növbəti mərhələdə görüləcək işlər müəyyənləşdirilib.
İclasda ASF-nin prezidenti Zaur Əliyevlə yanaşı, icraçı vitse-prezident Xaliq İldırımzadə, vitse-prezident Jalə Əhmədova, Bakı Su İdman Sarayının rəhbəri Əjdər Rəhimov, baş katib Oqtay Atayev, müşavir Rəşad Əbdürəhmanov, əməliyyatlar üzrə direktor Fuad Balakişiyev, əməliyyatlar üzrə menecer Nərgiz Rüstəmova və Yerli Təşkilat Komitəsinin digər üzvləri iştirak ediblər.
17:01 03.09.2026
Oxunuş sayı: 43