Azərbaycanlı avarçəkən Nurlan Paşayev Avropa çempionatında iştirak edəcək
Azərbaycan avarçəkəni Nurlan Paşayev Polşanın Kruşvitsa şəhərində 23 yaşadək idmançılar arasında akademik avarçəkmə üzrə Avropa çempionatında iştirak edəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Su İdman Növləri Federasiyasından məlumat verilib.
Azərbaycan Su İdman Növləri Federasiyasının bir idmançı ilə təmsil olunacağı qitə çempionatı sentyabrın 3-dən 7-dək keçiriləcək.
19:57 02.09.2026
Oxunuş sayı: 43