Azərbaycan ağırlıqqaldıranı Fazilə İmanova antidopinq qaydalarını pozduğu üçün cəzalandırılıb
Azərbaycanlı ağırlıqqaldıran Fazilə İmanova antidopinq qaydalarını pozduğu üçün üç il müddətinə cəzalandırılıb.
Crossmedia.az xəbər verir ki, “Report” bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinə istinadən məlumat yayıb.
İdmançının nümunəsində anabolik-androgenik steroidlər (AAS) qrupuna aid metribolon aşkarlanıb. Metribolon anabolik-androgenik steroid kimi təsnif edilir.
Fazilə İmanovaya tətbiq olunan sanksiya 2026-cı il mayın 15-dən qüvvəyə minib və 2029-cu il mayın 14-də başa çatacaq.
12:10 02.09.2026
Oxunuş sayı: 72