Goranboyda sursat anbarında partlayış baş verib
Goranboy rayonunda yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib.
Crossmedia.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi bu barədə birgə məlumat yayıb.
Hadisə ötən gecə Nizami kəndi yaxınlığındakı sursat anbarında qeydə alınıb. Hadisə ilə əlaqədar zəruri və təxirəsalınmaz tədbirlərə başlanılıb və vəziyyət nəzarət altına alınıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində yaxınlıqda yaşayan insanlar təxliyə edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
09:20 02.09.2026
Oxunuş sayı: 53