Atletika üzrə Azərbaycan millisinin üzvləri Göygöldə təlim-məşq toplanışına başlayıb
Atletika üzrə Azərbaycan millisinin üzvlərinin növbəti qrupu qış mövsümündə keçiriləcək beynəlxalq yarışlara hazırlıq məqsədilə Göygöl şəhərində təlim-məşq toplanışına başlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyasından məlumat verilib.
Hazırlıq prosesi çərçivəsində idmançılar qarşıdakı beynəlxalq yarışlara yüksək səviyyədə hazırlaşmaq, fiziki, texniki və funksional hazırlıqlarını daha da təkmilləşdirmək məqsədilə intensiv məşqlər keçirlər.
18:35 01.09.2026
Oxunuş sayı: 49