“Modern.az” 17 yaşını qeyd edir
Bu gün Azərbaycanın tanınmış media platformalarından biri olan “Modern.az” saytının fəaliyyətə başlamasından 17 il ötür.
Crossmedia.az xəbər verir ki, “Modern.az” 2009-cu ildə fəaliyyətə başlayıb və ötən 17 il ərzində Azərbaycan media məkanında özünəməxsus mövqe formalaşdırıb.
Sayt fəaliyyət göstərdiyi müddətdə operativ xəbər siyasəti, aktual mövzulara çevik münasibəti və geniş informasiya resursları ilə diqqət çəkib. “Modern.az” həm Azərbaycanda, həm də dünyada baş verən mühüm hadisələri işıqlandırmaqla yanaşı, müxtəlif istiqamətlər üzrə müsahibələr, açıqlamalar, təhlillər və araşdırma yazıları təqdim edib.
17 illik fəaliyyəti ərzində peşəkar jurnalistika prinsiplərinə sadiq qalan “Modern.az” geniş oxucu auditoriyası qazanıb və Azərbaycanın media mühitinin inkişafına töhfə verib.
Crossmedia.az Analitik İnformasiya Portalı olaraq “Modern.az” kollektivini 17 illik yubileyi münasibətilə təbrik edir, həmkarlarımıza peşəkar fəaliyyətlərində uğurlar, yeni yaradıcılıq nailiyyətləri və davamlı inkişaf arzulayırıq.
“Modern.az”a gələcək fəaliyyətində də uğurlar və yeni media nailiyyətləri diləyirik.
16:08 01.09.2026
Oxunuş sayı: 58