Növbəti köç karvanı Ağdam şəhərinə çatıb - YENİLƏNİB
Ağdam şəhərinə yola salınan növbəti köç karvanı şəhərə çatıb.
Crossmedia.az xəbər verir ki, sakinlərin qarşılanma mərasimi keçirilib.
07:15
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb.
Crossmedia.az xəbər verir ki, bu mərhələdə Ağdam şəhərinə 362 nəfər (117 ailə) köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
14:54 01.09.2026
Oxunuş sayı: 46