Siyasətdən iqtisadiyyata – Cross Media-da üç yeni layihə başlayır
Crossmedia.az
analitik – informasiya portalı redaksiyasında "Xüsusi layihələr" departamenti yaradılır.
Məqsəd orijinal kontentlərlə
auditoriyaya müraciət edə bilməkdir.
Üç yeni
layihə ilə auditoriyamızın görüşünə gəlirik.
Belə ki,
bu gündən etibarən “Böyük güc oyunu” rubrikası adı altında Milli Məclisin deputatları,
tanınan politoloq və siyasi analitiklər müntəzəm olaraq rubrikamızın qonağı
olacaqlar. Beynəlxalq münasibətlər sistemində baş verən son siyasi proseslər
barədə onlarla həmsöhbət olacaq və müsahibələri həm sosial şəbəkə hesablarımız
(Youtube, İnstagram, Facebook, Teleqram),
həm də saytımızda təqdim edəcəyik. Bu konteksdə xarici ölkələrdən, o cümlədən Türkiyədən,
Rusiyadan, Gürcüstandan olan mütəxəssislərlə də müsahibələr nəzərdə tutulur.
“Siyasətin
pərdəarxası” rubrikasında son siyasi proseslərə dair təhlillər hazırlanacaq və
dərc olunacaq. Məqsəd beynəlxalq münasibətlər sistemində baş verənlər və
onların “pərdəarxası” barədə oxucularda daya aydın təsəvvür formalaşdırmaq.
“İqtisadiyyat
masası” rubrikası çərçivəsində isə iqtisadiyyatın ayrı- ayrı sahələri barədə bu
sahənin mütəxəssisləri ilə həmsöhbət olacaq, oxucularımızı vəı tamaşaçılarımızı
maraqlandıran suallara cavab tapmağa çalışacağıq.
Qeyd edək
ki, departamentin rəhbəri Kənan Novruzovdur.
11:59 01.09.2026
Oxunuş sayı: 103