Ermənilər İrəvanda Nizaminin əlyazmalarını aşkarladı – arxiv sənədləri nə deyir?
1940- ci ildə İrəvan şəhərindəki Matendaran qədim əlyazmalar muzeyində çalışan Şabanov soyadlı bir əməkdaş № 43 fars əlyazmaları bölməsində Nizami Gəncəviyə məxsus əsərləri aşkar edir:
• "Xəmsə", fars dilində, 1560-cı ildə Persiyada köçürücü Əbdül Əli Seyfi İbni Əbdüllax tərəfindən köçürülüb (Fars əlyazmaları № 43).
• "Yeddi gözəl", fars dilində, 1700-cü ildə köçürülüb. Köçürücü naməlumdur (Fars əlyazmaları № 57).
• "Nizami qəzəli", Azərbaycan dilində, cəmi 12 sətir. Bu qəzəl Matenadaran direktoru tərəfindən 1940-cı ildə toplanaraq cildlənmiş bayazın dağılmış dəftər vərəqərindən ibarət olan topludadır. Şeirin başlığında "Nizami qəzəli" yazılıb, axırıncı sətrində isə şairin özünə adəti üzrə müraciəti gəlir: "Ey Nizami, o xal ki, gözəlin dodaqlarındadır" və s.
Bu sənəd üzə çıxan kimi şərq üzrə mütəxəssis olan erməni alimləri Acaryan, Şaxnazaryan və Arimfaryan dərhal muzeyə gələrək bunu incələməyə çalışmışlar. İki əsərin fars və qəzəlin azərbaycan dilində yazılmasını təsdiq edən erməni alimləri Nizami Gəncəvinin Azərbaycan dilində daha bir neçə şeirini üzə çıxarırlar. Hətta erməni alimi Acaryan rəsmən olaraq məlumat verir ki, muzeydə Nizami Gəncəvinin qəzəl və şeirlərinin çoxu azərbaycan türkcəsində yazılıb.
Erməni aliminin hesabatında yazılır “Nizami Gəncəvinin Şirvanşah Axistian tərəfindən sifariş edilən “Leyli və Məcnun” əsərinin iki versiyasına biz rast gəldik. Birinci fars, ikincisi isə Azərbaycan Türk dilində”
Bununla bağlı Matenadaranın direktoru Qriqor Abov Azərbaycan KP(b) MK-nın birinci katibi Mircəfər Bağırova və Ermənistan KP MK katibi Arutyunyana yazdığı məktubu təqdim edirəm. Məktubu tam tərcümə etməsəm də orda olanlarla Sizi tanış etmək istəyirəm.
“1940-cı ildə Matenaranda tapılan və 1735-ci ilə aid Dağıstan mənşəli bir bayazda (topluda) yer alan Azərbaycan dilindəki şeirin Nizami Gəncəviyə məxsus olması ilkin olaraq Matenadaran əməkdaşları və azərbaycanlı Səmədzadə Həbib, yoldaş Ermolenko ilə birlikdə Matenarandakı Nizami əlyazmalarını öyrənmək və aşkar etmək məqsədilə İrəvana gəldi. Yuxarıda göstərilən şeirlə tanış olduqdan sonra yoldaş Səmədzadə təsdiq etdi ki, şeir Azərbaycan dilində yazılıb və şeirin Nizamiə məxsusluğuna heç bir şübhə yoxdur.
Erməni dilinə tərcümə zamanı isə mətnin fars qəzəlləri ilə müqayisə edildiyi, lakin fars qəzəllərində tapılmadığı üçün onun bilavasitə həmin dildə deyil, Azərbaycan dilində yazıldığı təsdiq edilib.”
Sənədlərdə həmçinin Nizaminin "Leyli və Məcnun" əsərinin ön sözünə istinad edilərək Şirvanşah Axsitanın şairə ünvanladığı: "Sənin türk dilin bizə yaraşmaz, bizim saray adi hüquqlara alışmayıb" sözləri xatırladılır. Bu da şairin yaradıcılığında ana dili, türk dilinin üstünlük təşkil etməsini sübut edir.
Bütün bu mübahisələrə baxmayaraq, Q. Abov əmin olduğunu bildirir ki, Matenarandakı həmin şeirlər məhz Gəncəli şair Nizami tərəfindən yazılmışdır. . O, hesab edirdi ki, sonrakı dövrlərdə fars təsiri Azərbaycanın özündə Nizaminin türk dilindəki şeirlərini sıxışdırıb, lakin türk dilində olan bu əsərlər Dağıstanda qorunub saxlanılmışdır və ordan da Ermənsitana arxivə gətirilib.
Məktubdan o da görünür ki, Ermənistan tərəfi bu məsələni dəqiqləşdirmək üçün Leninqraddan fars ədəbiyyatı mütəxəssislərini 3 aylığına İrəvana dəvət etməyə nail olubmuş, lakin İkinci Dünya müharibəsi buna mane olur. 1940-ci ildə Azərbaycan “Leninqrad” şəhərində arxivdə də belə sənədlərin olmasını müəyyən edir. Bir qrup şəxsin ora getməsi barədə müzakirələr aparılır.
1947-ci il 22 sentyabrda SSRİ Yazıçılar İttifaqının sədri Nikolay Tixonovun “Pravda” qəzetində belə bir məqaləsi dərc olunmuşdu: “Aydındır ki, Nizami farsca yazıb, Azərbaycan xalqının düşmənləri olan burjua tarixçiləri, İran milliyətçiləri tərəfindən Nizaminin fars şairi kimi qələmə verilməsi və onu vətəni Azərbaycanla əlaqəsinin olmaması faktı ilk dəfə deyil, ancaq bu həyasız yalan heç kimi aldada bilmədi.
Prof.Dr.Zaur Aliyev
12:00 01.09.2026
Oxunuş sayı: 41