Moskva Kalininqrad təhlükəsindən narahatdır
Rusiya XİN-in müavini Aleksandr Qruşko Qərb ölkələrinin münaqişənin eskalasiyası halında Kalininqradın blokadasına hazır olduqlarını gizlətmədiklərini bildirib.
Crossmedia.az xəbər verir ki, Rusiya XİN bu barədə məlumat yayıb.
Qruşkonun sözlərinə görə, Kalininqrad ətrafında yaranmış vəziyyət Moskvanı xüsusilə narahat edir. O qeyd edib ki, Qərb ölkələri eskalasiya baş verəcəyi təqdirdə Rusiyanın eksklavının bloklanmasına gedə biləcəklərini açıq şəkildə bildirirlər.
Bundan əvvəl Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ və Yaponiyanın qarşıdakı hərbi təlimləri ilə bağlı Yaponiya səfirliyinə etiraz bildirildiyini açıqlayıb.
Rusiya tərəfi Yaponiyada ABŞ silahlarının hərbi təlimlər adı altında yerləşdiriləcəyi təqdirdə kompensasiya xarakterli əks tədbirlər görəcəyini bildirib.
11:46 01.09.2026
Oxunuş sayı: 45