İlham Əliyevdən Slovakiyaya MÜHÜM MESAJ – Qarabağın bərpası gündəmdə
Azərbaycan Prezidenti İlham Əliyev Slovakiya ilə tərəfaşlığın strateji olduğunu bildirib.
Crossmedia.az məlumat verir ki, bu barədə İlham Əliyevin Slovakiya Prezidenti Peter Pelleqriniyə ölkənin Konstitusiya Günü münasibətilə göndərdiyi təbrikdə deyilir.
"İyul ayında Azərbaycana səfərinizi, o cümlədən Qarabağ bölgəsini birgə ziyarətimizi ən xoş təəssüratlarla xatırlayıram. Slovakiyanın işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştirakını yüksək qiymətləndirir, bunu dostluğumuzun və strateji tərəfdaşlığımızın bariz nümunəsi kimi dəyərləndirirəm".
Dövlət başçısı əmin olduğunu bildirib ki, Azərbaycan ilə Slovakiya arasında ənənəvi dostluq əlaqələri, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı fəaliyyət iki xalqın mənafelərinə uyğun olaraq birgə səylərlə bundan sonra da genişlənəcək, strateji tərəfdaşlıq daha da möhkəmlənəcək.
11:22 01.09.2026
Oxunuş sayı: 46