Qatar qəzası: Ağdaş sakini HƏYATINI İTİRDİ
Avqustun 29-da, saat 19:30 radələrində Qəbələ-Bakı marşrutu üzrə hərəkət edən sərnişin qatarının yoluna Ləki stansiyası yanınlığında qəfil insan çıxıb.
Crossmedia.az "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir ki, maşinist təcilli tormozlama aparsa da, məsafə az olduğundan toqquşma hadisəsi qaçılmaz olub, dəmir yolunu qadağan olunmuş yerdən keçməyə cəhd edən şəxs həyatını itirib.
"ADY bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır. Nəzərə almaq lazımdır ki, diqqətsizlik, tələskənlik, qaydalara laqeyd münasibət bəzən arzuolunmaz hallara səbəb olur", - deyə səhmdar cəmiyyəti bəyan edib.
11:05 01.09.2026
Oxunuş sayı: 48