Odessada enerji obyektləri vurulub
Odessa və Odessa vilayətində istilik-elektrik stansiyası və üç elektrik yarımstansiyasına zərbə endirilib.
Crossmedia.az xəbər verir ki, “TASS” məlumat yayıb.
Məlumata görə, gecə saatlarında Kiyevdə “Fayər Poynt” müəssisəsi də vurulub. Nazirliyin iddiasına görə, müəssisədə “Flaminqo” raketləri üçün komponentlər istehsal olunur.
Zərbələrin nəticələri və obyektlərə dəyən zərərin həcmi barədə əlavə məlumat verilməyib.
10:58 01.09.2026
Oxunuş sayı: 49