Bişkekdə mühüm görüş: Nazirlər bir arada
İran, Rusiya, Pakistan, Tacikistan, Özbəkistan və Qazaxıstanın xarici işlər nazirləri Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində kollektiv görüş keçiriblər.
Crossmedia.az xəbər verir ki, görüş Bişkekdə keçirilən ŞƏT sammiti çərçivəsində baş tutub. Sammit 31 avqust–1 sentyabr tarixlərində keçirilir və təşkilatın 25 illiyinə həsr olunub.
Tərəflərin görüşündə regional və beynəlxalq məsələlərin, eləcə də təhlükəsizlik və əməkdaşlıqla bağlı mövzuların müzakirə edildiyi bildirilir.
Qeyd edək ki, 2026-cı il ŞƏT sammiti təşkilatın üzv ölkələrinin liderlərini Bişkekdə bir araya gətirib. İran, Rusiya, Pakistan, Qazaxıstan, Tacikistan və Özbəkistan təşkilatın üzvləri sırasındadır.
09:58 01.09.2026
Oxunuş sayı: 54