Rusiya 516 Ukrayna dronunun vurulduğunu açıqladı
Rusiya Müdafiə Nazirliyi gecə saatlarında ölkə ərazisi və Qara dəniz üzərində 516 Ukrayna PUA-sının hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu bildirib.
Crossmedia.az Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat verir ki, dronların zərərsizləşdirilməsi Rusiyanın müxtəlif regionları, eləcə də Qara dəniz akvatoriyası üzərində həyata keçirilib.
Rusiya tərəfinin açıqladığı rəqəm müstəqil mənbələr tərəfindən təsdiqlənməyib. Eyni zamanda, Ukrayna tərəfinin bu məlumatla bağlı mövqeyi açıqlanmayıb.
Qeyd edək ki, son günlər Rusiya və Ukrayna arasında qarşılıqlı PUA hücumları intensivləşib. Reuters-in məlumatına görə, sentyabrın 1-də Rusiyanın Kiyev və ətrafına həyata keçirdiyi zərbələr nəticəsində azı 9 nəfər ölüb, 10-dan çox insan yaralanıb.
09:52 01.09.2026
Oxunuş sayı: 48