Alman partiyasının lideri Rusiyanı hədələdi
Almaniyanın Azad Demokratik Partiyasının (FDP) lideri Volfqanq Kubikki Rusiyanın Berlinə qarşı hibrid təhdidlərinin davam edəcəyi təqdirdə Ukraynaya Taurus raketlərinin verilməsi ilə bağlı Moskvaya xəbərdarlıq edilməsini təklif edib.
Crossmedia.az xəbər verir ki, Almaniyanın n-tv telekanalı bu barədə məlumat yayıb.
Kubikki bildirib ki, Almaniya hökuməti Rusiya səfirini çağıraraq, hibrid təhdidlərin davam edəcəyi təqdirdə Ukraynanın Rusiyaya qarşı müdafiəsini genişləndirməsi üçün lazımi silahlarla təmin ediləcəyini bəyan edə bilər.
Onun sözlərinə görə, Berlin hazırda Taurus raketlərini Ukraynaya verməyib, lakin Rusiyanın Almaniyaya qarşı hibrid fəaliyyətinin davam etməsi halında bu məsələdə mövqeyini dəyişə bilər.
Kubikki hesab edir ki, belə bir xəbərdarlıq Rusiyaya qarşı cavab tədbirlərinin tərkib hissəsi ola bilər.
Bundestaq deputatı Roderix Kizevetter də daha əvvəl Rusiyaya qarşı sərt tədbirlərin görülməsinə çağırış edib. O, Rus evinin bağlanmasını, Rusiya səfirinin çağırılmasını və zərurət yaranacağı təqdirdə səfirin ölkədən çıxarılmasını təklif edib.
Kizevetter həmçinin Rusiyanın kölgə donanmasına qarşı tədbirlərin gücləndirilməsini, sanksiyaların sərtləşdirilməsini və Taurus raketləri ilə bağlı təlimlərin başlanmasını müdafiə edib.
09:30 01.09.2026
Oxunuş sayı: 45