Azərbaycan–Türkiyə qarşılaşması BU GÜN – AVRO-2026-da həlledici oyun
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatında pley-off matçına çıxacaq.
Crossmedia.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçi olduğu komanda 1/8 finalda Türkiyə yığması ilə üz-üzə gələcək.
Qarşılaşma İstanbul şəhərində yerləşən "Sinan Erdem" idman zalında, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Xatırladaq ki, Azərbaycan millisi Milli Gimnastika Arenasında təşkil olunan C qrupunun oyunlarını 8 xalla üçüncü pillədə başa vuraraq 1/8 finala vəsiqə qazanıb.
09:17 01.09.2026
Oxunuş sayı: 52