Sabah basketbol komandası üçüncü yoxlama oyununu London Lionsa qarşı keçirəcək
"Sabah" basketbol komandası növbəti yoxlama oyununu Böyük Britaniya təmsilçisi "London Lions"a qarşı keçirəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan çempionu məlumat yayıb.
Qarşılaşma sentyabrın 3-də baş tutacaq. Litvanın Kaunas şəhərində təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
"Sabah" ilk yoxlama oyununda Litvanın "Juventus Utena" komandasına uduzub - 84:89. Paytaxt klubu ikinci görüşdə bu ölkənin "Şyaylyay" kollektivinə qalib gəlib - 92:80.
Xatırladaq ki, Azərbaycan təmsilçisi yeni mövsümdə FIBA Çempionlar Liqasında çıxış edəcək.
21:14 31.08.2026
Oxunuş sayı: 45