Nepalda selə tab gətirən evin sirri açıqlanıb
Nepalda baş verən sel zamanı bir evin dağılmadan salamat qalmasının səbəbi açıqlanıb.
Crossmedia.az xəbər verir ki, ˝NDTV˝ telekanalının məlumatına görə, evin möhkəmləndirilmiş dəmir-beton karkası və konstruksiyasının xüsusi forması onun selə davam gətirməsinə kömək edib.
Telekanal qeyd edib ki, Nepaldakı evlərin əksəriyyəti zəlzələ zamanı şaquli yüklərə tab gətirə bilir. Lakin binalar yan tərəfdən təsirə məruz qaldıqda daha həssas olur və dağıla bilər.
20:08 31.08.2026
Oxunuş sayı: 49