Ted Cruz İrandakı etirazçıların silahlandırılmasını istəyib
ABŞ-li respublikaçı senator Ted Cruz İran hökumətinə qarşı etiraz edənlərin silahlandırılmasının vacib olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Cruz NBC News-a açıqlamasında ABŞ-ın İran siyasətinə dair fikirlərini bölüşüb.
Senator İranla bağlı uzunmüddətli hədəfin “rejimin süqutu” olduğunu deyib. O, ABŞ Prezidenti Donald Tramp və administrasiyasını İran xalqının hakimiyyəti devirməsinə kömək etmək məqsədilə ölkədəki etirazçıları silahlandırmağa çağırıb.
Cruz İranın hərbi potensialının zəiflədilməsini ABŞ-ın “əsas hədəfi”, hakimiyyətin devrilməsini isə “ikinci hədəfi” kimi qiymətləndirib.
O, həmçinin Venesuela Prezidenti Nikolas Maduronun legitim olmadığını iddia edərək ölkədə azad və ədalətli seçkilərin keçirilməsinin vacibliyini vurğulayıb.
15:45 31.08.2026
Oxunuş sayı: 53