YPG-nin ləğvi İsrail üçün də xəbərdarlıqdır
YPG-nin ləğvi ilə bağlı qərarın yalnız Suriya daxilindəki proses olmadığını bildirən təhlilçi İsrailin bölgədəki siyasətinin də yenidən nəzərdən keçirilməli olduğunu qeyd edib.
Crossmedia.az xəbər verir ki, “Jerusalem Post”da dərc olunan yazısında təhlilçi Zvi Barel YPG-nin ləğvinin İsrail üçün də ciddi xəbərdarlıq olduğunu yazıb.
Barel hesab edir ki, İsrailin azlıqlara arxalanmaq, Dəməşqin qarşısını almaq və parçalanmış Suriya ideyasına ümid bağlamaq siyasəti regional reallıqlar və ABŞ-ın siyasəti ilə açıq şəkildə ziddiyyət təşkil edir.
Onun sözlərinə görə, İsrail manevr imkanlarını qorumaq və proseslərdən tamamilə kənarda qalmamaq istəyirsə, Suriyanın parçalanacağı ilə bağlı illüziyanı tərk etməli, Suriya rəhbərliyinə yalnız düşmən kimi deyil, razılığa gələ biləcəyi potensial tərəf kimi yanaşmağa başlamalıdır.
15:38 31.08.2026
Oxunuş sayı: 41