ABŞ H-4 vizası olanların iş icazəsini ləğv etməyə hazırlaşır
ABŞ administrasiyası H-1B vizası sahiblərinin həyat yoldaşlarına işləmək imkanı verən H-4 EAD proqramını ləğv etməyi planlaşdırır.
Crossmedia.az xəbər verir ki, “India Today” bu barədə məlumat yayıb.
Yeni qayda qəbul edilərsə, H-1B vizası ilə ABŞ-də çalışan şəxslərin həyat yoldaşları üçün iş icazəsi verilməsi dayandırıla bilər. Bu dəyişiklik xüsusilə ABŞ-də çalışan minlərlə hindistanlı mütəxəssisin ailəsinə təsir göstərə bilər. H-1B vizası sahiblərinin müəyyən kateqoriyalara aid həyat yoldaşları H-4 vizası əsasında Employment Authorization Document (EAD) adlı iş icazəsi sənədi əldə edərək ABŞ-də qanuni şəkildə işləyə bilirlər.
Hazırkı proqram bu şəxslərə on ildən artıqdır ki, işləmək imkanı verir. Yeni qaydanın qüvvəyə minməsi isə H-4 vizası olan şəxslərin əmək fəaliyyətini davam etdirməsinə ciddi məhdudiyyətlər yarada bilər.
15:25 31.08.2026
Oxunuş sayı: 45